ABŞ prezidenti Donald Tramp fevralın 26-da Ağ Evdə ilk Nazirlər Kabineti iclasını keçirəcək.
SİA-nın məlumatına görə, Tramp yenidən Ağ Evə qayıtdıqdan sonra Vaşinqtonun federal idarələrində və dövlət qurumlarında mühüm dəyişikliklərə imza atıb. Onun qəbul etdiyi bəzi qərarlar təkcə ABŞ-da deyil, beynəlxalq arenada da geniş müzakirələrə səbəb olub.
Məlumata görə, Tramp öz yaxın müttəfiqi Elon Muska xüsusi vəzifələr həvalə edib. Onun əsas missiyaları xərcləri azaltmaq, korrupsiyaya qarşı mübarizə aparmaq və "Dərin dövlət"ə qarşı islahatlar həyata keçirməkdir.