Yolun sürüşkən olması səbəbindən nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO

23 Fevral 2025 15:09 (UTC+04:00)

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, körpünün üzəri, Qara Qarayev prospekti və “Koroğlu” m/s istiqamətində yolun sürüşkən olması nəqliyyatın hərəkətində sıxlığa səbəb olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Sürücülərdən hərəkət zamanı diqqətli olmaları xahiş edilir.