Saatlıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

23 Fevral 2025 12:10 (UTC+04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 16 ədəd ov tüfəngi təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.