Astarada qanunsuz odlu silahların saxlanması faktları aşkarlanıb

23 Fevral 2025 11:07 (UTC+04:00)

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, şöbə əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Sım kəndi ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb. Həmin şəxs barəsində protokol tərtib edilib.