Sumqayıt şəhərinə yağan qarın şəhər təsərrüfatına təsirini minimuma endirmək məqsədilə kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. SİA xəbər verir ki, şəhərin küçə və prospektlərində xüsusi texnikalar və işçi qüvvəsi səfərbər olunaraq qarın təmizlənməsi və yolların buzlanmasının qarşısının alınması işləri aparılır.
Sumqayıt Şəhər İcra Hakimiyyəti sakinləri ehtiyatlı olmağa, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə və kommunal xidmətlərin işinə dəstək olmağa çağırır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.