Azərbaycanda qarlı hava nə vaxta kimi davam edəcək?

23 Fevral 2025 10:25 (UTC+04:00)

Azərbaycanda qarlı və şaxtalı hava şəraitinin fevralın 24-ü günorta saatlarınadək davam edəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Sürücülərə və piyadalara təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.