Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

23 Fevral 2025 08:05 (UTC+04:00)

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. SİA xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib.

Onun sözlərinə görə, bu, Ukraynada münaqişə başlayandan bəri ən böyük sanksiyalar paketi olacaq.

Rusiyaya qarşı yeni məhdudiyyətlər fevralın 24-də, hərbi əməliyyatların başlanmasının üçüncü ildönümündə tətbiq ediləcək.