Əgər Ukrayna Macarıstanın maraqlarına zidd fəaliyyət göstərməyə davam edərsə, heç vaxt Avropa İttifaqına (Aİ) üzv olmayacaq. SİA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Orban qeyd edib ki, hazırda Ukrayna Avropa İttifaqına qoşulmağa və Aİ də Ukraynanı qəbul etməyə hazır deyil.
Onun sözlərinə görə, Ukraynanın Aİ-yə qoşulması Macarıstanın kənd təsərrüfatı istehsalçılarını və milli iqtisadiyyatını məhv edəcək.