Orban Ukraynanın NATO-ya daxil olması məsələsinə son qoyur

22 Fevral 2025 20:17 (UTC+04:00)

Budapeşt Ukraynanın Şimali Atlantika Alyansının üzvü olmayacağına inanır.

SİA-nın məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban qeyd edib.

O əlavə edib ki, ölkə yenidən Rusiya ilə NATO arasında bufer zonaya çevriləcək.

Orban qeyd edib ki, avropalı və amerikalı liberalların rusların bir kənarda dayanıb NATO-nun genişlənməsini izləyəcəyini düşünmələrinin səbəbi onun üçün sirr olaraq qalır.

“Onların cəhdinin uğursuz olduğu artıq aydındır. Ukrayna və onun qalıqları yenidən bufer zonaya çevriləcək. "Ukrayna NATO-nun üzvü olmayacaq", - Orban qeyd edib.

Daha əvvəl baş nazir xatırladıb ki, Moskva Macarıstan kimi keçmiş Varşava Müqaviləsi ölkələrinin Şimali Atlantika Alyansına daxil olmasını qəbul edib.

Eyni zamanda, o əlavə edib ki, Rusiya tərəfi NATO-nun genişlənməsini ədalətsiz adlandırıb, çünki Qərb ölkələri yeni dövlətləri alyansa qəbul etməyəcəklərini vəd ediblər.

Əli Babayev