Son günlərdə bir çoxları yuxu keyfiyyətinin pisləşdiyindən, yuxusuzluqdan şikayətlənirlər.
SİA xəbər verir ki, ekstrasens Daria Mironovanın sözlərinə görə, maqnit sahələri və günəş alovları insanların sağlamlığına güclü təsir göstərir.
Bu geomaqnit dəyişikliklər insanın şüuraltına, sinir əlaqələrinə və vibrasiyalarına, eləcə də Yerin elektromaqnit sahəsinə təsir göstərir.
Ekstrasens qeyd edib ki, insan beynində müəyyən enerjili salınan vibrasiya var. Artan günəş aktivliyi ümumi narahatlığa, panik ataklara, yuxusuzluğa və hətta yuxuda gəzməyə təsir edir.
Günəş alovları insanların həyatına da güclü təsir göstərir, yuxusuzluğa və psixo-emosional vəziyyətə gətirib çıxarır. Hətta hava şəraitinə həssas olmayanlar da günəş alovlarının təsirini hiss edirlər. Bu təbiət hadisələrinin təsiri təkcə maqnit sahəsindəki dəyişikliklərlə məhdudlaşmır, həm də iqlim şəraitinə təsir göstərir.
Mütəxəssis vurğulayıb ki, Yer kürəsində havanın temperaturunun 1,5 dərəcə artması ilə müşayiət olunan mühüm iqlim dəyişiklikləri baş verir.
Onun sözlərinə görə, bu, planetin atmosferini dəyişir və insanlar bu dəyişikliklərin təsirini hiss etməyə başlayırlar. Beyin maqnit sahəsindəki dəyişikliklərə reaksiya verir, bu da yuxunun keyfiyyətinə və ümumi sağlamlığa təsir göstərir. ...Yaxın gələcəkdə, artan stress dünyanın əsas problemlərindən birinə çevriləcək..?
Nazlı Almuradova