Məzarlıqlardan bayraqlar götürülür, niyə..?

23 Fevral 2025 00:25 (UTC+04:00)

...Rusiya Z-patriotlarının sıralarında yeni qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, Dialoq.UA yazır ki, onlar Rusiya hakimiyyətinin “Xüsusi hrbi əməliyyat” adlanan ərazidə həlak olan əsgərlərin məzarlarından bayraqları götürməyə başlamasından hiddətləniblər.

Rusiyanın Çerepovets şəhərinin qəbiristanlıqlarından birində rus əsgərinin çəkdiyi video Z-kanallarında sürətlə yayılıb. İşğalçı iddia edir ki, Rusiya hakimiyyəti qəbirlərdən bütün bayraqların götürülməsinə göstəriş verib. Bu hərəkətin səbəbi bəllidir: rəsmilər Ukraynaya qarşı müharibədə Rusiya Silahlı Qüvvələrinin itkilərinin real miqyasını gizlətməyə çalışırlar.

...Rusiyalı Z-təbliğatçısı Anastasiya Kaşevarova təsdiqləyib ki, təkcə Çerepovetsdə deyil, bütün Rusiyada qəbirlərdən bayraqlar götürülür. Onun sözlərinə görə, məmurlar “Vaqner” PMC-nin, eləcə də Çar Rusiyasının bayraqlarını sevmirlər. ...Bəli, bizim “Xüsusi hrbi əməliyyat”ımız var və əsgərlərimizi qəbiristanlıqda gizlətmək axmaqlıqdır. Biz hamımız bilirik ki, itkilər var... Bayraqların endirilməsi Barbra Streisand effekti yaradır və diqqəti daha da cəlb edir. Və ümumiyyətlə, bu, bir növ vandalizm və yaddaşın təhqiridir.

Bunu təbliğatçı yazıb.

...Rusiyada Ukraynaya qarşı müharibədə real itkilər dövlət sirridir və onun yayılması cinayət təqibi təhlükəsi yaradır. Qeyd edilməlidir k, BBC Rus Xidməti və Mediazona 100 minə yaxın rus əsgərinin məhv edilməsinin təsdiqini tapıb. Siyahıya yalnız ölümləri dəqiqləşdirilə bilən işğalçılar daxildir. Real itkilər isə daha böyükdür.

Ukrayna Baş Qərargahının məlumatına görə, fevralın 22-si səhərə olan məlumata görə, rusların müharibədə ümumi döyüş itkiləri 866 min nəfərə çatıb.

Əli Babayev