Rusiyada 2024-cü ildə əhalinin təbii azalması 20 faiz artıb...

23 Fevral 2025 00:16 (UTC+04:00)

...Rusiyada 2024-cü ildə əhalinin təbii azalması qeydə alınıb. Belə ki, bu azalma 596,2 min nəfər olub - ölüm nisbəti doğum nisbətini üstələyib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rosstat məlumat yayıb.

Bu rəqəm əhalinin 495,2 min nəfər azaldığı 2023-cü ilin yekunu ilə müqayisədə 20,4 faiz çoxdur.

Qeyd edək ki, ən böyük təbii azalma 2021-ci ildə, pandemiya zamanı müşahidə olunub və 1,04 milyon nəfərə çatıb. 2024-cü ildə yeni doğulanların sayı 1,222 milyon nəfərə qədər azalıb ki, bu da əvvəlki illə müqayisədə (1,265 milyon nəfər) 3,4 faiz azdır.

Təkcə 1999-cu ildə daha az uşaq doğulub – 1,215 milyon. Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Viktor Firsenko yanvar ayında demişdi ki, 2027-ci ildən sonra doğum səviyyəsinin sürətlə artacağı gözlənilir.

2030-cu ildən sonra reproduktiv yaşda olan qadınların sayının artması hesabına doğumların mütləq sayının artacağı proqnozlaşdırılır.

2024-cü ildə doğum nisbətində ən böyük azalma Yəhudi Muxtar Vilayətində (16 faiz), Kalmıkiyada (12 faiz), Altay Respublikasında (10 faiz) və Belqorod vilayətində (8 faiz) qeydə alınıb.

Hər 1000 nəfərə hesablanan doğum səviyyəsi 2023-cü ildəki 8,7-dən 2024-cü ildə 8,4-ə qədər azalıb.

...Doğuş nisbətində artım Krım, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Şimali Osetiya və Çeçenistanda qeydə alınıb.

Rosstatın məlumatına görə, 2024-cü ildə ölənlərin sayı 3,3 faiz artaraq 1,82 milyona çatıb.

Əvvəlki 2 ildə ölüm hallarında azalma müşahidə olunub: 2023-cü ildə 7,1, 2022-ci ildə isə 22,3 faiz...

Bu artım pandemiya zamanı rekord sayda ölümün qeydə alındığı 2021-ci ilin yüksək bazası ilə bağlıdır.

Yeri gəlmişkən ölüm nisbəti hər 1000 nəfərə 2023-cü ildəki 12-dən, 2024-cü ildə 12,5 faizə yüksəlib.

Nazlı Almuradova