Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - YENİLƏNİB

22 Fevral 2025 15:22 (UTC+04:00)

Samuxda oğulun atasınına balta ilə xəsarət yetirməsi ilə bağlı rayon Polis Şöbəsində araşdırma başlanıb. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eqşin Qasımov bildirib.

Qeyd olunub ki, müvafiq ekspertiza təyin edilib, ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.