Lavrov İrana səfər edəcək

22 Fevral 2025 14:09 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək. SİA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, səfər fevralın 25-də baş tutacaq.

Rusiya XİN rəhbəri iranlı həmkarı ilə görüşəcək.

Səfər çərçivəsində Suriya ilə bağlı müzakirələrin də aparılacağı qeyd edilib.