Kəngərlidə qarlı yolda qəza olub, xəsarət alan var

22 Fevral 2025 14:01 (UTC+04:00)

Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Yeni Kərki kəndində baş verib. 74-BB-671 dövlət nömrəli nişanlı "BMW" markalı avtomobil qarlı havada yük maşını ilə toqquşub. Qəza zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.