Biləsuvarda həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub

22 Fevral 2025 11:43 (UTC+04:00)

Biləsuvarda arvadını öldürməkdə təqsirləndirilən Anar Məmiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Anar Məmiyev 17 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə rayonun Xırmandalı kəndində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Anar Məmiyev həyat yoldaşı, 1999-cu il təvəllüdlü Sevil Əlilini bıçaqlayaraq qətlə yetirib. Qətli törətdikdən sonra polisə könüllü təslim olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.