Ağsuda yeniyetmə bıçaqlanıb

22 Fevral 2025 11:17 (UTC+04:00)

Ağsuda bıçaqlanma hadisəsi baş verib. SİA xəbər verir ki, gecə saatlarında 2009-cu il təvəllüdlü M.Ə. ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.