Nyu-York birjasında təbii qazın bahalaşması davam edir

22 Fevral 2025 10:16 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, martda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,93% artaraq 4,234 ABŞ dolları təşkil edib.