Belçikanın 30 “F-16” qırıcısının ilk partiyasının Ukraynaya verilməsi bir il müddətinə təxirə salınıb. SİA xəbər verir ki, bunu Belçikanın Baş Qərargah rəisi aviasiya generalı Frederik Vansina bildirib. Onun sözlərinə görə, buna səbəb ABŞ-dan Belçikaya yeni nəsil “F-35” qırıcılarının tədarükünün yubanmasıdır. “Biz Ukraynanı ilk təyyarələrlə bu ilin sonundan etibarən təchiz etməyə başlayacağımıza ümid edirik”, - qərargah rəisi bildirib.