"Now TV”də yayımlanan “Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar” serialının yayımı dayandırılıb. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, serialın reputasiyaya xələl gətirdiyi ilə bağlı iddia qaldırılıb.
Qeyd edilib ki, ailə adından verilən açıqlamada serialın ssenarisinin həqiqətə zidd olduğu və reputasiyaya hücum olduğu bildirilib. Məhkəmə ailənin reputasiyasını qorumaq üçün serialın yayımının dayandırılması və yeni çəkilişlərin qarşısının alınması barədə qərar çıxarıb. Xatırladaq ki, sözügedən serial bir neçə gün öncə Türkiyə Milli Radio və Televiiya Şurası tərəfindən də cəzalandırılmışdı.