İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə axşam saatlarında 28 May küçəsində qeydə alınıb. Cəlal İmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, piyada Azad Tağıyevi vurub. Ağır xəsarətlər alan piyada ölüb. Faktla bağlı araşdırma aparılır.