Qubada zəlzələ baş verib

21 Fevral 2025 22:22 (UTC+04:00)

Fevralın 21-də Quba rayonunda zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba stansiyasından 20 km cənubda, 3,5 maqnitudada qeydə alınan zəlzələ hiss olunmayıb.

Zəlzələ ocağı Yerin 39 kilometr dərinliyində olub.