Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı “çox yaxşı” keçdi, Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar isə “o qədər də yaxşı olmadı”.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu Ağ Evin rəhbəri Donald Tramp deyib.
…Mən Putinlə çox yaxşı danışıqlar apardım.
Amerika lideri onu da qeyd edib ki, Kiyev yalnız sözdə sərtlik nümayiş etdirə bilər, lakin çoxlu kozırlara malik deyil. Bundan əvvəl Tramp bəyan etmişdi ki, Ukrayna münaqişəsində Rusiyanın günahı yoxdur.
Onun sözlərinə görə, bunda ABŞ-ın keçmiş prezidenti Cozef Bayden və Zelenskinin əli olub.
Əli Babayev