Müğənni Alla Puqaçovanın ailəsində fikir ayrılığı yaranıb. SİA-nın məlumatına görə, onun müxtəlif ölkələrdə yaşayan nəvələri siyasət üstündə dava salıblar.
Primadonnanın qızı Kristina Orbakayte biznesmen əri Mixail Zemtsov və qızı Klavdiya ilə birlikdə çoxdan ABŞ-da məskunlaşıb.
Müğənni Vladimir Presnyakovdan olan böyük oğlu Nikita da 2022-ci ildə ora köçüb.
Orbakaitenin milyonçu Ruslan Baysarovdan olan kiçik oğlu Deni anası və qardaşı ilə praktiki olaraq ünsiyyət qurmur. POPCAKE-nin ulduz ailənin dostuna istinadən verdiyi xəbərə görə, Nikita Presnyakov qardaşını ABŞ-a köçməyə razı salmağa çalışsa da, Moskvada işləyən Deni bundan imtina edib.
Bundan sonra qohumlar arasında münasibətlər gərginləşib. Nəticədə, Orbakaite oğullarının hər biri ilə ayrıca ünsiyyət qurmalı olur.
Deninin atası, tikinti şirkətinin sahibi Ruslan Baysarov BAM və Trans-Sibir Dəmir Yolunun modernləşdirilməsi layihəsində iştirak edir.
Xüsuai hərbi əməliyyat başladıqdan sonra dollar milyonçusu Böyük Britaniyanın sanksiyaları altına düşdü. Ruslan Baysarov hər il Forbes jurnalının “Rusiyanın 200 ən zəngin iş adamı” reytinqinə daxil edilir.
Bundan əvvəl Moskva vilayətində Puqaçovanın boş qalan qəsrinin acınacaqlı vəziyyəti barədə məlumat yayılmışdı.
Nazlı Almuradova