Kaluqa vilayətində plastik məmulat istehsalı zavodu yanır

21 Fevral 2025 18:45 (UTC+04:00)

...Fevralın 21-nə keçən gecə Rusiya Federasiyasının Kaluqa vilayətində plastik məmulatların emalı zavodunda güclü yanğın baş verib. Belə ki, Jukovski rayonunun Okorokovo kəndi yaxınlığındakı müəssisə yanır.

SİA-nın məlumatına görə, bunu Obozrevatel yazır.

Bu barədə Rusiyanın ictimai qruplarında məlumat verilir; Rusiya Fövqəladə Hallar Nazirliyi “Jukovski rayonunda ikinci dərəcəli xammal anbarında baş verən yanğın” barədə qısa məlumat yayıb. İddialara görə, yanğın gecə yarısından başlayıb və hələ də yanır. Son məlumatlara görə, yanğın zavodun 1000 kvadratmetr sahəsini əhatə edib.

Həlak olanlar və yaralananlar barədə rəsmi məlumat yoxdur. Yerli sakinlər deyirlər ki, Obninsk şəhərindən bir neçə kilometr aralıda tüstünün parıltısı və şleyfi görünən plastik emalı zavodu yanır.

Hadisənin səbəbləri hələlik məlum deyil. Hadisə yerində təcili xidmətlər işləyir.

Əli Babayev