Respublikaçı Nikki Heyli Vladimir Zelenskini dəstəkləyir

21 Fevral 2025 18:26 (UTC+04:00)

Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizəd Nikki Heyli 2024-cü il seçkilərində rəqibi prezident Donald Trampı Ukrayna ilə bağlı mövqeyinə görə tənqid edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə o, cümə axşamı, fevralın 20-də X sosial şəbəkəsində yazıb.

...Bunlar klassik rus söhbətləridir. Məhz Putin nə istəyir.

Bunu Heyli yazıb.

Daha əvvəl praymerizdə məğlub olduqdan sonra Trampı dəstəkləmiş Heyli Ukraynanı dəstəkləməyin ABŞ-ın milli maraqlarına uyğun olduğunu və Ukraynanın NATO-ya qoşulmasını dəstəklədiyini bildirib.

Əli Babayev