“Birbank Biznes”dən fərdi sahibkarlar üçün mikrobiznes krediti...

21 Fevral 2025 17:48 (UTC+04:00)

“Birbank Biznes” fərdi sahibkarlar üçün mikrobiznes kreditini təklif edir.

Başdan-başa onlayn biznes krediti sahibkarların maliyyə ehtiyaclarını minimum vaxt itkisi və maksimum rahatlıqla həll etməyə imkan yaradır. Bu innovativ məhsul sayəsində biznes sahibləri bank filialına getmədən, zaminsiz və tam onlayn şəkildə 50 min manatadək kredit əldə edə bilərlər.

Mikrobiznes krediti üçün müraciət prosesi olduqca rahat və sadədir. Belə ki, müştəri kredit əldə etmək üçün “Birbank Biznes” mobil tətbiqi vasitəsilə müraciət etməlidir. Müraciətin ardınca dərhal sahibkara uyğun kredit məbləği hesablanaraq ona təqdim edilir. Müştəri məbləği əldə etmək istədiyi halda heç bir əlavə təsdiqə gərək olmadan yalnız üz tanıtma (DVS) və 3D təhlükəsizlik (OTP) kodu vasitəsilə kreditini təsdiqləyir və məbləğ həmin an onun şəxsi hesabına köçür.

Ətraflı məlumat üçün: https://onelink.to/ej5bbu

Bu xidmət sahibkarlar üçün anında kredit əldə etmək imkanı, yüksəksürətli və rahat proses, aşağı faiz dərəcəsi, eləcə də zaminsiz tam onlayn kredit alma üstünlüklərini təqdim edir.

“Birbank Biznes” müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən “Birbank Biznes” sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.