"Pəncə-Kilid" əməliyyatı bölgəsində bir əsgər şəhid olub

21 Fevral 2025 17:54 (UTC+04:00)

İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində bir əsgər şəhid olub.

SİA-nın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir:

"Fevralın 20-də "Pəncə-Kilid" əməliyyatı bölgəsində fevralın 20-də bölücü terror təşkilatı mənsubları ilə baş verən atışmada qəhrəman silahdaşımız, sıravi əsgər Mustafa Uslu şəhid oldu. Bizi dərin kədər və hüznə qərq edən bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələri ilə əziz millətimizə başsağlığı və səbr diləyirik".