Daxili bazarı tərk edən hansı brendlərin geri qayıda biləcəyinə Rusiya özü qərar verəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası Hökuməti sədrinin müavini, eyni zamanda sənaye və ticarət naziri Denis Manturov deyib.
Rəsminin sözlərinə görə, Rusiya Federasiyası öz prinsiplərini dəyişməyəcək və öz bazarına yalnız maraqlandığı şirkətləri buraxacaq.
Manturov qeyd edib ki, 2022-ci ildə Rusiyanı tərk etmək qərarına gələn xarici korporasiyalar indi yeni reallığın şərtləri ilə hesablaşmalı olacaqlarını nəzərə almalı olacaqlar.
Nazlı Almuradova