Çinli alimlər ürək öldürən içkilərin adını çəkirlər...

21 Fevral 2025 22:56 (UTC+04:00)

Çinin Paytaxt Tibb Universitetinin alimləri müəyyən ediblər ki, gündə beş stəkandan çox çay və ya qəhvə içmək ürək-damar sisteminə ciddi zərər verə bilər.

SİA-nın məlumatına görə, bu barədə “Gazeta.ru” alimlərin “Frontiers in Nutrition” jurnalında dərc olunmuş hesabatına istinadən bildiriblər.

Alimlərin eksperimentinin məqsədi üç məşhur içkidən birini seçən yarım milyondan çox könüllünün orqanizmində baş verən dəyişikliklərin xarakterini müəyyən etmək olub: su, çay və ya qəhvə.

Nəticələrə görə, qəhvəyə üstünlük verənlər demək olar ki, həmişə ürək-damar xəstəlikləri, o cümlədən ürək çatışmazlığı, koroner ürək xəstəliyi və insultdan əziyyət çəkirdilər.

Çay da ən yaxşı seçim deyildi. Qəhvə ilə eyni xəstəliklərin inkişaf riskini artırır.

Amma əksinə, su daxili orqanların sağlamlığını uzadır, lakin çay və qəhvənin müntəzəm istehlakı ilə birləşdirildikdə, daxili tarazlığın qorunmasında demək olar ki, təsirsiz hala gəlir.

Nazlı Almuradova