Renault Rusiya bazarına qayıda bilər

21 Fevral 2025 23:04 (UTC+04:00)

...Fransanın Renault şirkətinin rəhbəri Luka de Meo şirkətin Rusiya bazarına qayıtmasına icazə verib.

...Mən keçmişdən yapışmaqdansa, gələcəyi qurmağa üstünlük verirəm... Amma biz iş adamlarıyıq. Bir iş fürsəti görəndə onu anlamağa çalışırıq. Düzünü desəm, əvvəllər belə bir ssenari haqqında düşünməmişdim, çünki hər şey daim dəyişir. Görək necə olacaq.

SİA-nın məlumatına görə, bunu Luka de Meo Renault-nun Rusiyaya qayıtma ehtimalı ilə bağlı sualı belə cavablandırarkən deyib.

Qeyd edək ki, Renault 2022-ci ilə qədər Rusiya bazarında lider mövqedə idi. Şirkət AvtoVAZ-ın nəzarət paketinə sahib idi və eyni zamanda Moskvada öz avtomobil zavoduna sahib idi. Fransız konserni bütün aktivlərini 2022-ci ilin yazında satıb.

Eyni zamanda, fransızlar AvtoVAZ üçün 2028-ci ilə qədər qüvvədə olacaq geri satın alma opsionunu aldılar.

Nazlı Almuradova