FHN-nin Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub

21 Fevral 2025 17:21 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub. SİA-nın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrlə sözügedən vəzifəyə Nəcəf Novruzov təyin edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiq ediblər.