Yevlaxda üç avtomobil toqquşub, xəsarət alanlar var - FOTOLAR

21 Fevral 2025 17:05 (UTC+04:00)

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Niva”, "Hyundai" və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılardan biri Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.