Ölkəyə idxal olunan nektarin tinglərində uyğunsuzluq - FOTO

21 Fevral 2025 16:51 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən nümunələr götürərək müayinələrə cəlb ediblər. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, aparılan müayinələr nəticəsində 38 min ədəd tingdə şarka virusu aşkarlanıb.

Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Qeyd edək ki, şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı, albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.