Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib
21 Fevral 2025 16:15 (UTC+04:00)
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.