Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı

21 Fevral 2025 14:58 (UTC+04:00)

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini təklif edir. Başdan-başa onlayn biznes krediti sahibkarların maliyyə ehtiyaclarını minimum vaxt itkisi və maksimum rahatlıqla həll etməyə imkan yaradır. SİA xəbər verir ki, bu innovativ məhsul sayəsində biznes sahibləri bank filialına getmədən, zaminsiz və tam onlayn şəkildə 50 000 AZN-dək kredit əldə edə bilərlər. Mikro biznes krediti üçün müraciət prosesi olduqca rahat və sadədir. Belə ki, müştəri kredit əldə etmək üçün Birbank Biznes mobil tətbiqi vasitəsilə müraciət etməlidir. Müraciətin ardından dərhal sahibkara uyğun kredit məbləği hesablanaraq ona təqdim edilir. Müştəri məbləği əldə etmək istədiyi halda heç bir əlavə təsdiqə gərək olmadan yalnız üz tanıtma (DVS) və 3D təhlükəsizlik (OTP) kodu vasitəsilə kreditini təsdiqləyir və məbləğ anındaca onun şəxsi hesabına köçür.

Ətraflı məlumat üçün: https://onelink.to/ej5bbu

Bu xidmət sahibkarlar üçün anında kredit əldə etmək imkanı, yüksək sürətli və rahat proses, aşağı faiz dərəcəsi, eləcə də zaminsiz tam onlayn kredit alma üstünlüklərini təqdim edir.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.