Bu binaları istiliklə təmin edən xətlərdə temperatur normadan aşağı düşüb

21 Fevral 2025 14:43 (UTC+04:00)

"Azərenerji" ASC-nin Bakı İstilik Elektrik Mərkəzində yaranmış qısa müddətli nasazlıq səbəbindən, "Azəristiliktəchizat" ASC tərəfindən Əhmədli qəsəbəsində yerləşən yaşayış binalarının bir hissəsini istiliklə təmin edən xətlərdə istiliyin temperaturu normadan aşağı düşüb. SİA xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" məlumat yayıb.

"Azərenerji"nin mütəxəssisləri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yaranmış nasazlıq aradan qaldırılıb, hazırda temperaturun tələb olunan səviyyəyə çatdırılması üçün tənzimləmə işləri görülməkdədir", - qurumdan bildirilib.