Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

21 Fevral 2025 14:20 (UTC+04:00)

Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib. Azərbaycan Gimnastika Federasiyasından SİA-ya bildiriblər ki, idmançı halqalarla hərəkətlərdə yüksək nəticə göstərərək həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, ötən gün start götürən yarışa fevralın 23-də yekun vurulacaq.