"Prezidentin Qarabağa "Böyük Qayıdış"ı stimullaşdırması müharibədən sonra oraya həyatın köçürülməsinə yönəlik müsbət yanaşmaları önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
O bildirib ki, Prezidentin "Böyük Qayıdış"ı çox böyük əzmlə davam etdirməsi, qalibiyyət mirasını iqtisadi yaşama, inkişafa daşıması, insanların bu bölgədə yaşam standartlarının yüksəlməsinə daşıması çox önəmlidir: "Bütün hər kəsin gözünün Azərbaycanda olduğu günlərdən keçirik.
Çox önəmlidir ki, Qarabağın əsas sahibi yeni-yeni evlər, yurdlar salır. Azərbaycan 30 il ərzində uzaq qalmış vətəndaşlarını yurduna qaytarır. Qarabağı yenidən qurur, onu düşmən cəbhəsi qarşısında böyük sivilizasiya mərkəzinə qaytarır. Hər nə varsa, dirildir. Ağdamda, Xankəndində baş verənlər onun göstəricisidir.
Əlbəttə ki, çox vacib bir məsələ də cənab Prezidentin əhali ilə görüşündə önə çıxan detallardır. İnsanlarla yaxın, səmimi görüşmək, qucaqlaşmaq, xalqla iç-içə nəfəs almaq, qələbəsini xalqla birgə qeyd etmək, onu qazandıqdan sonra daim həmin qələbəni xalqla birlikdə əmək cəbhələrinə daşımaq vacibdir. İlk gündəki kimi 2020-ci ilin qalibiyyət günlərinin reytinqi qədər yüksəkdə yenə də xalq tərəfindən qucaqlanması əsas mesajdır. İndi bu qədər qlobal, anti-Azərbaycan dairələri var ki, bizə hələ də hücum edirlər.
İki gün əvvəl qlobal media üzərindən böyük bir kiberhücumlar, kibermüharibə yaşanıb. Amma biz gördük ki, bunun müqabilində Azərbaycan Prezidenti dövlət-xalq birliyini daha əzmlə göstərir. Bu xalq Prezidenti dəstəklədikcə də heç bir zaman Azərbaycana kimsə bata bilməyəcək".