Son dövrlərdə əcnəbilərin ölkəmizə bizneslə məşğul olduğu sahələr daha çox iqtisadi zonalarda olan biznes sahələridir. Buna misal olaraq göstərə bilərəm ki, son zamanlarda daha çox iqtisadi zonalara diqqət yetirsək kimya sahəsi, sənaye sahəsi, turizm sahəsidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, əlavə olaraq onu qeyd edə bilərəm ki, əcnəbi biznesmenlər yaşıl enerjiyə də yatırım edirlər. "Lakin əcnəbilərin ən çox yatırım etdiyi və lider rolu üstələyən sahə isə neft və qaz sahəsidir. Lakin o sahələrdən əlavə də, biznesmenlər son dövrə baxsaq daha çox diqqət çəkən sahələrdən biri də, restoran biznesi sahəsi olsun, turizm sahəsi olsun, kimya-sənaye sahəsi olsun bu sahələr əcnəbi biznesmenlərin daha çox diqqətini cəlb edir. Bundan əlavə olaraq əcnəbi biznesmenlər tikinti sahəsi üzrə də yatırımlar etməyə başlayıblar. Onuda vurğulamaq istəyirəm ki, ölkəmiz qeyri-neft sektorunda yeni inkişaf etməyə başlayıb. Bunu nəzərə alaraq deyə bilərəm ki, kənd təsərrüfatı sahəsində müəyyən yatırımlar var, quru qida və qeyri-qida sahələrinə yatırımlar var və bunun da fonunda yeni iş imkanları yaradılır".