DİM bu gün abituriyentlər üçün canlı yayım edəcək - VİDEO

21 Fevral 2025 11:36 (UTC+04:00)

Məlum olduğu kimi, fevralın 20-də ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu başlayıb. SİA xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) bununla əlaqədar özünün "YouTube" kanalında canlı yayım təşkil edəcək.

Canlı yayım bu gün saat 15:00-da başlayacaq.

DİM bəyan edib ki, abituriyentlər canlı yayımı izləyərək sənəd qəbulu ilə bağlı ətraflı məlumat ala və onları maraqlandıran sualları yaza bilərlər.

Səhifənin linki aşağıda yerləşdirilib: