Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda əksər ərazilərə qar yağır. Xidmətdən SİA-ya bildirilib ki, ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.
Xidmət rəsmisi Gülnarə Abbasovanın sözlərinə görə, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 santimetrdir.