Bakıda gecə saatlarında güclü külək səbəbindən 5 ağac sınıb

21 Fevral 2025 11:11 (UTC+04:00)

Gecə saatlarında güclü külək səbəbindən Bakıda 5 ağac sınıb. SİA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra H,akimiyyətindən (BŞİH) məlumat verilib.

Qeyd olunub ki, BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi sınan və zədələnən 5 ədəd ağacı operativ şəkildə götürüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib.