“Biz ilk dəfə idi ki, Avropa çempionatında 4 kateqoriya üzrə təmsil olunacayıq”. Bunu SİA-ya Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinin üzvü, milli komandanın sabiq baş məşqçisi Ceyhun Məmmədəliyev deyib.
O bildirib ki, şəxsi və kişilərin qoşa katerqoriyasında iştirak etsək də, digər kateqoriyalarda isə bir ilkdir: “Ölkəmizi bu yarışda Edi Reski Dviçayo, Keişa Fatimə Zəhra, Aqil Qəbilov, Cahid Əlhəsənov və Həcər Nuriyeva təmsil edəcək. Gənclərimizə güvənirik. Yaxşı nəticə qazanacaqlarına inanırıq. Badmintonda 5 kateqroriya üzrə yarışlar keçirilir bunun 4-də də təmsil olunmağımız tarixi hadisə kimi qiymətləndirilə bilər. Yarışa hazırlaşmağa zamanımız var ona kimi idmançılarımızın yaxşı şəkildə hazırlaşacaqlarına ümid edirəm”.
Qeyd edək ki, Danimarkanın Horsens şəhərində keçiriləcək Avropa çempionatın aprelin 8-13 tarixlərində baş tutacaq.