Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq

21 Fevral 2025 10:53 (UTC+04:00)

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək. SİA xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Monteneqro seçməsini qəbul edəcək.

“Liv Bona Dea Arena”da təşkil olunacaq qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Matç saat 15:00-da başlayacaq.