Vağzal və stansiyalarda sərnişinlərin təhlükəsiz hərəkəti təmin edilir

21 Fevral 2025 10:31 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən qarlı və çovğunlu havada vağzal, stansiya və dayanacaqlarda sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülür. Bu barədə SİA-ya ADY-yə istinadən xəbər verir.

Məlumata görə, Bakı Dəmiryol Vağzalı qardan mütəmadi olaraq təmizlənir, platformalara duz səpilir və sürüşkənliyi aradan qaldıran xüsusi örtüklü cığırlar salınır.

Analoji tədbirlər digər vağzal, stansiya və dayanacaqlarda da həyata keçirilir.

ADY sərnişinləri diqqətli olmağa, qayda və tövsiyələrə əməl etməyə çağırır və təhlükəsiz səfərlər diləyir.