“Neftçi”nin basketbolçusu De Ancelo Stüartın SİA-ya müsahibəsini təqdim edirik:
- Hazırda “Neftçi”dəki vəziyyət necədir?
- Hər şey çox yaxşıdır. Komandadakı atmosfer çox gözəldir.
- Millinin oyunu ilə əlaqədar olaraq çempionata fasilə verilmişdi. Bu müddəti necə dəyərləndirdiniz?
- FİBA fasiləsi ərzində biz hələ də çox çalışırq və məşqlərlə məşğul oluruq. Bu dönəmi də çox yaxşı dəyərləndiririk.
- “Neftçi” hazırda turnir cədvəlində 4-cü pillədədir. Bu durum sizi qane edir?
- Təbii ki, bununla razı deyilik. Buna görə də rahat şəkildə dayanmamışıq. Lakin daha yaxşı olmaq üçün bu vəziyyəti inkişaf etdirəcəyik.
- Növbəti turda “Ordu” komanda ilə qarşılaşacaqsınız. Matç barədə nə düşünürsüz?
- Təbii ki, rəqabətli və mübarizələrlə dolu bir oyuna şahid olacayıq. Biz hər bir oyunu son oynumuz kimi oynayırıq. Ona görə də hər şeyin yaxşı olacağına ümid edirəm.
- Azərbaycan çempionatında əsas məqsədiniz nədir?
- Təbii ki, bütün komandalar kimi bizdə çempion olmağı və kuboka sahib olmağı hədəfləmişik. Hər oyunda qalib qalib gəlmək üçün özümüzü çalışırıq. Hədəflərimizə çatmaq üçün də əlimizdən gələni edəcəyik.
- “Ordu”ya adaptasiya prosesində çətinlik çəkdiniz?
- Komanda yoldaşlarımla əlaqə qurmaqda heç bir problemim yoxdur. Hamımız bir-birimizi başa düşürük və biz birlikdə qələbə qazanmaq istəyirik.
- Bakıda ən çox nəyi bəyənirsiz?
- Keçən mövsüm Bakıda oynadım, ona görə də özümü evdəki kimi hiss edirəm. Ailəm burdadır və hazırda heç bir narahatlığım yoxdur.