Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşıb

21 Fevral 2025 09:19 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49ABŞ dolları və ya 0,63% artaraq 78,89 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 78,4 ABŞ dolları təşkil edib.