NYMEX əmtəə birjasında təbii qaz daha da bahalaşıb

21 Fevral 2025 09:11 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, martda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,2% artaraq 4,223 ABŞ dolları təşkil edib.