Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

21 Fevral 2025 07:07 (UTC+04:00)

Azərbaycan şahmatçısı Vüqar Rəsulov İranda təşkil edilən “Caspian Sea Cup 2025” beynəlxalq turnirinin qalibi olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb. Vüqar 9 turda 7,5 xal toplayaraq turniri birinci pillədə başa vurub.